19 yanvar tarixində F. Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə Yasamal rayonunun 60 saylı məktəbində VI-VII sinif şagirdlərinin iştirakı ilə “20 Yanvar - Xalqımızın and yeri və şərəf günüdür” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səslənib və Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçən soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Dəyirmi masada bildirilib ki, 20 Yanvar şəhidlərinin qəhrəmanlığı gənclərimiz üçün örnək məktəbi, həmçinin xalqımızın and yeri və şərəf günüdür. Bundan başqa tədbirdə qeyd edilib ki, Vətənin azadlığı uğurunda şəhidlik əsl qeyrət, hünər, şərəf və ləyaqət zirvəsidir, Vətən və torpaq öz şəhidləri ilə ucalır.
Daha sonra tədbirdə bu günün Azərbaycanın müstəqillik tarixindəki əhəmiyyətindən bəhs edilib, 20 Yanvar hadisələri ətrafında müzakirələr aparılıb.
Diskussiya formasında davam edən tədbirdə məktəblilərin sualları ətraflı cavablandırılıb, maraqlı fikir mübadiləsi aparılıb.
Tədbirdən sonra uşaqlara kitabxananın təşkil etdiyi 20 Yanvar hadisələrini əks etdirən kitab sərgisi barədə məlumat verilib, həmçinin uşaqların çəkdikləri rəsmlərə baxış keçirilib.
Ruhunuz şad olsun əziz Şəhidlərimiz! Torpaqlarımız artıq azaddır!