Quliverin səyahəti

Svift, Conatan. Quliverin səyahəti / C. Svift ; lay.rəhb. A. Cəfərova ; burax.məsul R. İsmixanov ; red. B. Əliyev ; tərc.ed. M. Rzaquluzadə ; dizayn. S. Ələkbərova. - 2-ci nəşr. - Bakı : "TEAS PRESS" Nəşriyyat evi. "Üç alma uşaq ədəbiyyatı", 2020. - 388 s.

Satirik fəlsəfi, eyni zamanda dərin mənalı fantastik roman – “Qulliverin səyahəti” ilk nəşrindən 3 əsr keçməsinə baxmayaraq, bu gün də dünya ədəbiyyatının bəyənilərək oxunan, həm əyləndirən, həm də düşündürən əsərlərindəndir. Bu əsər cəmiyyətin üzləşdiyi problemlərlə bağlıdır. İrland yazıçısı və din xadimi olan Conatan Svift bu əsərində həm insan təbiətini, həm də “səyyahların nağılları”nı tənqid edir. O bu əsəri yazmaqda məqsədinin “dünyadakı insanları çaşdırmaq, onların fikrini yayındırmaq yox, əksinə onları təşvişə salmaq, narahat etmək” olduğunu iddia edib.