F.Köçərli adına Respublika Uşaq Kitabxanasında koronavirus (COVİD-19) infeksiyasının yayılmasına qarşı gücləndirici dezinfeksiyaedici işlər həyata keçirilib.
Yeni növ koronovirus (COVİD-19) infeksiyasının təhlükəsinin qarşısının alınması, infeksiyanın yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 3 fevral №23f əmrinə əsasən F.Köçərli adına Respublika Uşaq Kitabxanasının 2022-ci il 04-11 fevral tarixində 6 iş günü müddətinə fəaliyyəti müvəqqəti dayandırılmışdır.
F.Köçərli adına Respublika Uşaq Kitabxanasında koronavirus (COVİD-19) infeksiyasının yayılmasına qarşı tədbirlər çərçivəsində tibbi profilaktik və gücləndirici dezinfeksiyaedici işlər həyata keçirilib.