30 oktyabr tarixində F. Köçərli adına Respublika Uşaq Kitabxanasında Nizami rayonu, Ə.Mahmudov adına 220 saylı məktəb-liseyin şagirdləri ilə yazıçı Fatimə Alxazla görüş keçirilib. “Beynəlxalq Məktəb Kitabxanaları Günü”nə həsr olunan görüşdə şagirdlər yazdıqları hekayələrlə çıxış etmiş, ən yaxşı hekayə yazan şagirdlər yazıçı tərəfindən sertifikat və imzalı kitablar əldə etmişdirlər. Görüşdə iştirak edən məktəbin psixoloqu Gülbəniz İsmayılova uşaqların formalaşmasında kitabxana və mütaliənin rolunu xüsusi qeyd etmişdir.
Tədbir iştirakçıları Respublika Uşaq Kitabxanasının şöbələri, kitab fondu və oxu zalları, həmçinin “Göy qurşağı” uşaq jurnalının yeni nömrələri ilə yaxından tanış oldu. Şagirdlərə elektron kitabxana ilə bağlı ətraflı məlumatlar verilmişdir. Xatirə şəkillərinin çəkilməsi ilə görüş yekunlaşdırılmışdır.