25 fevral 2022-ci il tarixində İrəvan Müəllimlər Seminariyasının yaranmasının 140 illiyi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2021-ci il tarixli sərəncamına əsasən Qaradağ r-n 319 nömrəli tam orta məktəbin 7-ci sinif, 51 nömrəli tam orta məktəbin 6-cı sinif, Şuşa r-n 11 nömrəli tam orta məktəbin 5 və 6-cı sinif, Şuşa şəhər 3 nömrəli tam orta məktəbin 5 və 6- cı sinif, Ənvər İbrahimov adına Qobu qəs. 2 nömrəli tam orta məktəbin 7 və 8-ci sinif və Səbail r-n 49 nömrəli məktəb-liseyin 9-cu sinif şagirdləri 1885-1895-ci illərdə seminariyada müəllimlik etmiş maarifçi, pedaqoq, uşaq folklor antalogiyasının banisi F.Köçərlinin adını daşıyan Respublika Uşaq Kitabxanasını ziyarət ediblər.
Məktəblilər kitabxananın fəaliyyəti və istifadə qaydaları, kitab sərgiləri və elektron kitabxana haqqında ətraflı məlumat aldılar, kitabxananın oxu zalında maraqlı və rəngarəng kitablarla tanış oldular.
Kitabxananın əməkdaşı Azərbaycanın görkəmli ədəbiyyatşünas alimi, tanınmış maarifpərvər, ictimai xadim, publisist-yazıçı, tənqidçi və tərcüməçi Firidun bəy Köçərlinin həyat və yaradıcılığı haqqında geniş məlumat verdi və bildirdi ki, F.Köçərli seminariyanın ilk müəllimlərindən olmuş, geniş mədəni-maarif işləri aparmışdır. Seminariyanın bir çox tanınmış şəxsiyyətlərinin yetişməsində F.Köçərlinin xüsusi xidmətləri olmuşdur.
Sonda tədbir iştirakçıları F.Köçərliyə həsr olunmuş sənədli filmi izlədilər.