Lindqren, Astrid Anna Emiliya. Damda yaşayan Karlson : Hər şey şən və məzəli olmalıdır, yoxsa oyun oynamaram... / A. A.A. Lindqren ; tərc.ed. Ə. Əhmədova ; rəs. I. Wikland ; Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət komitəsi [et al.]. - Bakı : "Əli və Nino" nəşriyyatı, 2016. - 120 s.
"Əli və Nino" nəşriyyatı İsveç yazıçısı Astrid Lindqrenin əsərlərindən ibarət kitab silsiləsini təqdim edir. Lindqren öz əsərlərində bütün dünyadakı böyükləri və uşaqları ovsunlayan xoşbəxt və son dərəcə cəlbedici sehrli uşaq aləmi yaratmışdır. Bu dahi İsveç ədibin yaradıcılığı bir çox nüfuzlu mükafatlarla təltəf olunmuşdur. A.Lindqrenin kitabları dünyanın 91 dilinə tərcümə olunmuş, 145 milyonu aşan tirajlarla satılmışdır. Əgər kürəyində pər və kiçik motor olan Karlsonun nə oyunlar açdığnı bilmək istəyirsinizsə, mütləq onun haqqındakı kitabı oxuyun - burada Balaca və Karlson barədə bütün hekayətlər toplanıb. Karlson çoxmərtəbli binanin damında yaşayır və şirni yemək, oyun oynamaq üçün uçaraq Balacanın evinə arabir qonaq gəlir. Onun əqidəsi belədir: "Hər şey şən və məzəli olmalıdır, yoxsa oyun oynamaram."