8-13 may tarixlərində Bakı şəhər 36 №-li, 90 №-li və 5 №-li tam orta məktəbin şagirdləri Respublika Uşaq Kitabxanasında oldular. Məktəblilərə Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2021-ci il tarixli sərəncamına əsasən İrəvan Müəllimlər Seminariyasının yaranmasının 140 illiyi ilə əlaqədar olaraq 1885-1895-ci illərdə seminariyada müəllimlik etmiş maarifçi, pedaqoq, uşaq folklor antalogiyasının banisi Firidun bəy Köçərlinin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verildi.
Kitabxananın əməkdaşı Azərbaycanın görkəmli ədəbiyyatşünas alimi, tanınmış maarifçi, ictimai xadim, publisist-yazıçı, tənqidçi və tərcüməçi Firidun bəy Köçərlinin həyat və yaradıcılığı haqqında geniş məlumat verdi və bildirdi ki, F.Köçərli seminariyanın ilk müəllimlərindən olmuş, geniş mədəni-maarif işləri aparmışdır. Seminariyanın bir çox tanınmış şəxsiyyətlərinin yetişməsində F.Köçərlinin xüsusi xidmətləri olmuşdur. Tədbirin davamında məktəblilər kitabxananın saytı ilə yaxından tanış oldular, elektron kitablar və səsli dərslikləri maraqla izlədilər.