28-29 noyabr tarixlərində 100, 245, 69 nömrəli orta məktəbin şagirdləri Respublika Uşaq Kitabxanasında oldular. Məktəblilərə 1885-1895-ci illərdə İrəvan gimnaziyasında ana dili və hüsnxətt fənlərini tədris etmiş maarifçi, pedaqoq, uşaq folklor antologiyasının banisi Firidun bəy Köçərli haqqında elektron-məlumat baza, virtual sərgi, sənədli film təqdim edildi. Kitabxananın əmakdaşı çıxışında qeyd etdi ki, Firidun bəy Köçərli ədəbi şəxsiyyətlər, bədii əsərlər, dərslik və tərcümələr haqqında, sülh və xalqlar dostluğu, qadın azadlığı, habelə məişət mövzularında onlarla maraqlı, aktual məqalələri ilə dövrünün ən fəal publisistlərindən biri olmuşdur. Bu böyük şəxsiyyət M. F. Axundzadə və M. Şahtaxtinskidən sonra Azərbaycan mədəniyyətinin inkişafına naminə əlifba islahatı aparılması yolunda çalışan xadimlərdəndir.
Tədbirin davamında uşaqlar kitabxananın clb.az saytı ilə yaxından tanış oldular, elektron kitablar və səsli dərslikləri maraqla izlədilər.
Sonda xatirə şəkilləri çəkildi. Uşaqlar kitabxanadan xoş əhval-ruhiyyə ilə ayrıldılar.