Ucalardan uca bayrağım

Cabir, Zahirə. Ucalardan uca bayrağım : hekayələr / Z. Cabir ; bur.məsul G. Muxtarova ; red. Ə. Həsənov ; il. K. Muhammed (Salayeva). - Bakı : EVEREST, 2024. - 48 s.
Azərbaycan xalqının taleyinin bir parçası olan Məhəmməd Əmin Rəsulzadənin mənalı həyatına, dolğun yaradıcılığına həsr etdiyim bu kiçik hekayələri yazmaqla Vətənə, müstəqil Azərbaycana sədaqət timsallı böyük bir şəxsiyyətin canlı obrazı ilə sizləri görüşdürmək istədim.Sözsüz ki, bu sədaqət, bu sevgi ilə M.Ə.Rəsulzadə Azərbaycan xalqının məhəbbətini qazanmış və qəlblərdə əbədi məskən salmışdır.Əminəm ki, hər biriniz bu hekayələri oxumaqla müstəqil Azərbaycanımızı sevərək, ona layiqli övladlar olmağa çalışacaq, bayrağımızı bundan sonra da həmişə uca tutacaqsınız.