F.Köçərli adına Respublika Uşaq Kitabxanası və Xətai rayonu 95 saylı tam orta məktəbin təşkilatçılığı ilə məktəbin kiçik və orta yaş sinif şagirdlərinin iştirakı ilə “Pandemiya dövründə məktəblilərin həyatında kitab və kitabxanaların rolu” adlı video görüş keçirildi.
Onlayn platformada Zoom proqramı üzərindən həyata keçən görüşün əsas məqsədi uşaq və yeniyetmələrin hərtərəfli inkişafında kitab və kitabxanaların rolunu vurğulamaq, həmçinin, xalqına, dövlətinə layiqli, vətənpərvər fərd olaraq böyüməsi üçün mütaliənin ən güclü və əvəzsiz vasitə olduğunu diqqətə çatdırmaqdır.
Onlayn görüş çərçivəsində Xətai rayon 95 saylı məktəb eləcə də Gəncə şəhər 17 saylı məktəbin aşağı sinif şagirdləri və müəllimləri iştirak edirdilər. Kitabxananın elmi-işlər üzrə direktor müavini, Əməkdar Mədəniyyət İşçisi Zahirə Dadaşova iştirakçılara kitabxana haqqında ətraflı məlumat verdi, eləcə də, oxucuların müxtəlif suallarını cavablandırdı. Kitabxananın digər əməkdaşı kitabxananın təsis etdiyi “Göy Qurşağı” uşaq jurnalı ilə bağlı oxuculara ətraflı məlumat verməklə istedadlı uşaqların üzə çıxarılması istiqamətində jurnalın əhəmiyyətindən bəhs etdi. İştirakçılara kitabxananın clb.az internet ünvanı haqqında 4 dəqiqəlik qısa məlumat xarakterli video-təqdim edildi.