Ətai, Ədalət Əbülfət oğlu. Kometlər : Onların tədqiqinin yerüstü və kosmik missiyaları / Ə. Ə. Ətai, Ə. Ənvər, B. Basqallı ; rəy. R. M. Rəhimov ; red. F. Qurbansoy. - Bakı : JekoPrint Çap Evi, 2021. - 72 s.
Kommetlər ("kometus" - yunan özü olub, "quyruqlu ulduz" deməkdir). Günəş sisteminin ən maraqlı cisimlərindən biridir. Onlar ömrünün əsas hissəsini Günəşdən çox uzaqlarda başa vurur. Kometlər planetimizə yaxın məsafədən keçərkən insanın gözü önündə cazibədar bir mənzərə açılır. Onların 100 milyon kilometrlərlə uzanan quyruğu səmada Günəşdən əks tərəfə çevrilmiş qövs şəklində görünür. Kometlərin quyruğu müxtəlif ölçülü və formalı olur. Onların bəziləri qısa, bəziləri isə nazik və uzundur. Tarixi mənbələrdə bir sıra məşhur şəxslərin ölümü zamanı səmada parlaq kometlərin görünməsi qeydə alınmışdır.