Elvira Məmmədovanın “Emil və Dipnoi balığı” hekayəsi fars dilinə çap olundu
17-11-2021 15:45:00
Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı Elvira Məmmədovanın "Emil və Elm" ensklopedik hekayələr toplusundan “Emil və Dipnoi balığı” hekayəsi İranda fars dilinə çap olundu. Hekayə "Qasidək" dərgisinin 19-cu sayında (2021) nəşr olunub. Hekayəni fars dilinə tərcümə edən Beynəlxalq Uşaq Kitabı Şurasının (İBBY) İran təşkilatının əməkdaşı, uşaq yazarı, tərcüməçi, uşaq ədəbiyyatı tədqiqatçısı Nesim Yusefidir.
Qeyd edək ki, Elvira Məmmədovanın “Zibilqabının arzusu” hekayəsi və “Sehrli konsert” nağılı da Nesim Yusefi tərəfindən fars dilinə tərcümə edilmişdir.