Maskanın hakimiyyəti

Abdullayev, Ç. Maskanın hakimiyyəti: roman / Çingiz Abdullayev; rus dil. tərc. ed. N. Qocabəyli; diz. S. Ələkbərova. - Bakı: TEAS Press, 2017. - 260 s. : il., rəngli foto.

Bu romanında hadisələr uzaq və ekzotik Barbados adasında baş verir. Hollivud ulduzu Kristin Lindeqrenin həyatı təhlükədədir. Əri də milyonçu olan və son vaxtlar on milyonlarla dollarlıq mirasını necə böləcəyindən tez-tez danışan aktrisa ailə üzvləri ilə birgə Barbados adasındakı villasına tətilə getməyə hazırlaşır. Səfərdən qabaq isə ona iki təhdid məktubunun gəldiyini bəyan edərək təhlükəsizlik tədbirləri görməyin vacib olduğunu bildirir. Onun buna əsası var. Bu səfər ərəfəsində villada qəribə hadisələr baş verir: aktrisanın yeniyetmə oğlu sevgilisi olan “şübhəli rus qızı ilə” villaya baş çəkir, bacısının hamilə qızı “naməlum səbəb”dən ölür. Tətil günlərində isə Lindeqrenin əvvəlcə varlı əri, sonra da özü müəmmalı şəkildə qətlə yetiriləcəkdi...