• Az | Ru
    • HAQQIMIZDA
      • Tariximiz
      • Struktur
        • Rəhbərlik
        • Şöbələr
        • Filiallar
      • Məhdudiyyətli uşaqlar üçün
      • Layihələrimiz
      • İstifadə qaydaları
      • Fotoqalereya
      • Videoqalereya
      • KİV
      • Göy Qurşağı jurnalı
      • Hesabatlar
      • Arxiv
    • YENİ ƏDƏBİYYAT
      • Yeni Kitablar
        • Nəşrlərimiz
        • Bərpanəşr
      • Elektron Kitablar
        • Azərbaycan dilində
        • Digər dillərdə
        • Qızıl Fond
          • Ədəbiyyat
          • Fonoteka
    • BİBLİOQRAFİK XİDMƏT
      • Məlumat biblioqrafiya
        • Biblioqrafik yaddaş
        • Veblioqrafiya
        • Slaydlar
      • Milli ədəbiyyat
        • Tövsiyə biblioqrafiyası
      • Elmi metodika
        • Metodik vəsaitlər
        • Əlamətdar günlər
    • MULTİMEDİA
      • Virtual sərgi
      • Audio kitablar
        • Danışan kitablar
        • Nağıllar, hekayələr, şeirlər
        • Uşaqlar üçün lətifələr
        • Dərsliklər
      • Cizgi Filmləri
      • Uşaq mahnıları
    • ƏLAQƏ
    Az | Ru
      • AZ
      • RU
    logo
    “Dünyada söz olmasa, nəyə gərək düşüncə” adlı Festival çərçivəsində ”Nizami Gəncəvi əsərləri rəsmlərin dili ilə” adlı rəsm günü keçirildi
    06-12-2021 10:22:00

    06 dekabr tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə Azərbaycan və dünya ədəbiyyatı xəzinəsinə dəyərli töhfələr verən dahi şair Nizami Gəncəvinin 880 illik yubileyinə həsr edilmiş “Dünyada söz olmasa, nəyə gərək  düşüncə” adlı Festival çərçivəsində ”Nizami Gəncəvi əsərləri rəsmlərin dili ilə” adlı  rəsm günü keçirildi.

    Sərgidə 1,3,5 nömrəli UGİM-nın, Tamara ART, Günəş ART, Palitra ART studiyalarının dərnək üzvlərinin,  Bakı şəhəri 14, 91, 211, 179, 227, 238, 167, 229, 272, 201 nömrəli orta məktəblərinin, Bakı Avropa, İdrak , Zəngi, Türk-Ankara, 16 nömrəli Texniki Humanitar liseylərinin, XXI əsr məktəbinin, İncəsənət Gimnaziyasının şagirdlərinin, Sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 №-li XİM–in, “Xarı Bülbül” hazırlıq kurslarının,  Kəlbəcər, Qax, Balakən, Zaqatala, Qusar  Mərkəzləşdirilmiş Kitabxana Sisteminin oxucularının  160-a yaxın illustrasiya və rəsmləri Xətai Sənət Mərkəzinin sərgi salonunda nümayiş olundu. 

    Yağlı boya, qələm, akvarel və ipək üzərində çəkilən rəsm əsərləri sərgi iştirakçılarında maraq doğurdu. 

    Tədbirdə iştirak edən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyindən, Ombudsman Aparatından, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən, Gəncliyə Yardım Fondundan nümayəndələr, Azərbaycan Xalq rəssamı Arif Hüseynov, qrafik rəssam İlqar Mehdiyev gənc rəssamlara Nizami əsərlərinə çəkdikləri rəsmləri yüksək qiymətləndirərək, onlara gələcəkdə uğurlar dilədilər. 

    Sərgi  zamanı R.Hacıyev adına 15 nömrəli onbirillik , Leopold  və M.Rostropoviçlər adına 21 nömrəli onbirillik musiqi məktəblərinin şagirdlərinin təqdimatında Nizami Gəncəvinin sözlərinə bəstələnmiş mahnılar ifa edildi. Tədbirin sonunda Festival iştirakçıları diplom və təşəkkürnamələr ilə təltif olundular. 

    Qeyd edək ki, Festivalın  keçirilməsində əsas məqsəd qüdrətli söz və fikir ustadı Nizami Gəncəvinin insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığını təbliğ etmək, həmçinin, mütəfəkkir şairin yaradıcılığının bir daha öyrənilməsi, tanıdılması və gələcək nəsillərə çatdırılmasıdır.

    HAQQIMIZDA

    • Tariximiz
    • Rəhbərlik
    • Şöbələr
    • Filiallar
    • Məhdudiyyətli uşaqlar üçün
    • Layihələrimiz
    • İstifadə qaydaları
    • Fotoqalereya
    • Videoqalereya
    • KİV
    • Göy Qurşağı jurnalı
    • Hesabatlar
    • Arxiv

    YENİ ƏDƏBİYYAT

    • Nəşrlərimiz
    • Bərpanəşr
    • Ədəbiyyat
    • Fonoteka
    • Azərbaycan dilində
    • Digər dillərdə

    BİBLİOQRAFİK XİDMƏT

    • Biblioqrafik yaddaş
    • Veblioqrafiya
    • Slaydlar
    • Tövsiyə biblioqrafiyası
    • Metodik vəsaitlər
    • Əlamətdar günlər

    Ünvan:

    • Bakı şəhəri, S.Vurğun küçəsi 88
    • (+99412) 597-08-79 (+99412) 597-09-86
    • info@clb.az ushaqkitabxanasi@gmail.com childlibbaku@yahoo.com

    © 2021 All Rights Reserved. Developed By Abasoft