Noyabrın 22-də, F.Köçərli adına Respublika Uşaq Kitabxanası, Rusiya İnformasiya Mədəniyyət Mərkəzi ilə birgə “Yubilyar kitablar və yazıçılar 2019- cu ildə” layihəsi çərçivəsində müsabiqə keçirdi. Tədbirdə, Qaraçuxur qəsəbəsi 145, Nərimanov rayonu 36 və Nizami rayonu 129 nömrəli tam orta məktəbin müxtəlif sinif şagirdlərinin ifasında A.S.Puşkin “Qızıl Xoruz” , K. Çukovski “Aybolit”, İ.A.Krılov “Cırcırama və qarışqa”, “Meymun və gözlük”, “Kvartet”, S.Y. Marşak “Bığlı zolaqlı pişik”, İ.Nəsiminin qəzəlləri səhnələşdirilərək təqdim olundu. Müsabiqənin keçirilməsində əsas məqsəd, uşaqların diqqətini kitaba və mütaliəyə yönəltmək və məktəbliləri yazıçıların yaradıcılığı ilə yaxından tanış etmək idi. Şagirdlər təqdim etdikləri səhnəciklərdə görkəmli yazıçıların əsərlərindəki dərin mənanı tədbir iştirakçılarına çatdırmağı bacardılar.