Alqoritmlərin sirri

Kormen, Tomas. Alqoritmlərin sirri / T. Kormen ; tərc.ed. A. Əliyev ; elmi red. İ. Nəbiğolu ; dizayn. L. Bəşirova ; tex. red. R. Nəbiyev. - Bakı : Altun, 2022. - 208 s.

Dünyaşöhrətli ABŞ aliminin alqoritmlərin əsaslarına həsr olunmuş bu kitabı bir çox universitetlərdə kompüter elmləri üzrə əsas dərs vəsaiti kimi istifadə olunur. Heç düşünmüsünüzmü, GPS naviqator saysız-hesabsız marşrutlar arasından ən qısa olanını bir neçə saniyəyə necə tapır? İnternet üzərindən alış-veriş etdiyiniz zaman kredit kartı hesab nömrəniz necə qorunur? Bu sualların cavabı - alqoritmlərdir. Bu kitab kompüter alqoritmlərinin təməlini öyrənmək üçün sizə bələdçilik edəcək. Məşhur alim Tomas Kormen Alqoritmlərin sirri kitabında məzh bu haqda yazır. “Alqoritmlər kompüter elminin əsasıdır. Bu kitab alqoritmləri daha geniş auditoriyaya açmaq üçün unikaldır. Mücərrəd mövzuların dərinliyini itirmədən onlara asan və oxunaqlı şəkildə giriş verir. Əsər önəmli bir töhfədir. Alqoritm mütəxəssisləri ilə sadə insanlar arasındakı bilik boşluğunu aradan qaldırmaq üçün Tomas Kormendən daha səriştəli biri yoxdur”. Frank Deline," Karleton Universitetinin kompüter elmləri üzrə professoru".