• Az | Ru
    • HAQQIMIZDA
      • Tariximiz
      • Struktur
        • Rəhbərlik
        • Şöbələr
        • Filiallar
      • Məhdudiyyətli uşaqlar üçün
      • Layihələrimiz
      • İstifadə qaydaları
      • Fotoqalereya
      • Videoqalereya
      • KİV
      • Göy Qurşağı jurnalı
      • Hesabatlar
      • Arxiv
    • YENİ ƏDƏBİYYAT
      • Yeni Kitablar
        • Nəşrlərimiz
        • Bərpanəşr
      • Elektron Kitablar
        • Azərbaycan dilində
        • Digər dillərdə
        • Qızıl Fond
          • Ədəbiyyat
          • Fonoteka
    • BİBLİOQRAFİK XİDMƏT
      • Məlumat biblioqrafiya
        • Biblioqrafik yaddaş
        • Veblioqrafiya
        • Slaydlar
      • Milli ədəbiyyat
        • Tövsiyə biblioqrafiyası
      • Elmi metodika
        • Metodik vəsaitlər
        • Əlamətdar günlər
    • MULTİMEDİA
      • Virtual sərgi
      • Audio kitablar
        • Danışan kitablar
        • Nağıllar, hekayələr, şeirlər
        • Uşaqlar üçün lətifələr
        • Dərsliklər
      • Cizgi Filmləri
      • Uşaq mahnıları
    • ƏLAQƏ
    Az | Ru
      • AZ
      • RU
    logo
    “Nəsiminin söz qüdrəti” adlı ədəbi-bədii gecə keçirildi
    14-05-2019 13:11:00

    Mayın 14-də Firidun Bəy Köçərli adına Respublika Uşaq Kitabxanası və Sabail rayonunda yerləşən 160 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə böyük Azərbaycan şairi, mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş “Nəsiminin söz qüdrəti” adlı ədəbi-bədii gecə keçirildi. Tədbir, 160 nömrəli tam orta məktəbin akt zalında reallaşdı. Bədii gecənin fəxri qonaqları Azərbaycanın xalq artisti Rasim Balayev, xalq artisti Ramiz Quliyev, əməkdar incəsənət xadimi, professor Nazim Kazımov, AMEA Şərqşünaslıq İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, dosent Səadət Şıxıyeva idi. Bədii gecədə, kitabxana tərəfindən Nəsiminin həyat və yaradıcılığını əhatə edən geniş kitab sərgisi təşkil olunmuşdu. Tədbir, “Nəsimi” filmindən “Hardasan” qəzəlinin ifa olunduğu framentin nümayişi ilə başladı. Tədbir çərçivəsində, məktəbin 6- cı sinif şagirdlərinin təqdimatında böyük Azərbaycan şairi, İmadəddin Nəsiminin həyat və yaradıcılığı haqqında geniş məlumat verildi. Ədibin yaradıcılığından “Sığmazam”, “Mərhaba”, “Ağrımaz”, “Etməgil” və.s qəzəlləri ifa olundu, “Nəsimi” filmindən şah və vəzirin olduğu səhnə canlandırıldı. Tədbirdə çıxış edən Nəsimi obrazının mahir ifaçısı Rasim Balayev, bugünkü tədbirdən böyük zövq aldığını bildirdi, və ədəbi-bədii kompozisiyasının məktəblilərin ifasında təqdim edildiyi üçün tədbirin təşkilatçılarını və uşaqları təbrik etdi. Vurğuladı ki, Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin imzaladığı sərəncamla bağlı Nəsimi yaradıcılığına həsr olunmuş silsilə tədbirlər keçirilir. Bu da Nəsimi yaradıcılığı və fəlsəfəsinin dərindən öyrənilməsi baxımından olduqca əhəmiyyətlidir. Tədbirin sonunda, xalq artisti Ramiz Quliyevin müşayətiylə Azərbaycanın xalq artisti Rasim Balayevin ifasında “Neylərəm” qəzəlini dinləmək isə bütün iştirakçılara unudulmaz anlar yaşatdı. Tədbir xatirə şəkillərinin çəkilişi ilə başa çatdı.

     

    HAQQIMIZDA

    • Tariximiz
    • Rəhbərlik
    • Şöbələr
    • Filiallar
    • Məhdudiyyətli uşaqlar üçün
    • Layihələrimiz
    • İstifadə qaydaları
    • Fotoqalereya
    • Videoqalereya
    • KİV
    • Göy Qurşağı jurnalı
    • Hesabatlar
    • Arxiv

    YENİ ƏDƏBİYYAT

    • Nəşrlərimiz
    • Bərpanəşr
    • Ədəbiyyat
    • Fonoteka
    • Azərbaycan dilində
    • Digər dillərdə

    BİBLİOQRAFİK XİDMƏT

    • Biblioqrafik yaddaş
    • Veblioqrafiya
    • Slaydlar
    • Tövsiyə biblioqrafiyası
    • Metodik vəsaitlər
    • Əlamətdar günlər

    Ünvan:

    • Bakı şəhəri, S.Vurğun küçəsi 88
    • (+99412) 597-08-79 (+99412) 597-09-86
    • info@clb.az ushaqkitabxanasi@gmail.com childlibbaku@yahoo.com

    © 2021 All Rights Reserved. Developed By Abasoft