Minilliklərin yaddaşı-zərgərlik sənəti

Abdulova, Gülzadə Sərxan qızı. Minilliklərin yaddaşı-zərgərlik sənəti : (tarixi-etnoqrafik tədqiqat) / G. S. Abdulova ; elmi red. N. Vəlixanlı ; rəy.: F. Vəliyev, C. Mustafayev. - Bakı : Aspoliqraf, 2023. - 136 s.

Muzeyin Arxeologiya, Etnoqrafiya və Xüsusi fondlarında qorunan unikal eksponatlar əsasında hazırlanmış monoqrafiyada Azərbaycanın zərgərlik sənətinin tarixi, xammal bazası, texniki üsulları və s. haqqında məlumat verilib. Zərgərlik sənət sahəsi Azərbaycan xalqının zəngin mədəni irsinin və sənətkarlıq ənənələrinin vacib bir hissəsini təşkil edir. Monoqrafiya həmçinin, sözügedən sənət sahəsinin təkamül proseslərini öyrənməyə şərait yaradır. Qeyd edək ki, monoqrafiya zərgərlik sənətinə böyük töhfə vermiş Şuşanın magikan zərgəri Cahangir Əliyevin xatirəsinə həsr olunub. Monoqrafiya tarixçilər, arxeoloqlar, etnoqraflar, sənətşünaslar, folklorşünaslar, tələbə və doktorantlar, zərgərlər, həmçinin xalqımızın milli-mənəvi və maddi dəyərlərinə yüksək qiymət verən geniş oxucu dairəsi üçün nəzərdə tutulub.