“Danışan əlfəcinlər” adlı aksiya başladı
29-08-2019 13:39:00
Avqustun 29-da, F.Köçərli adına Respublika Uşaq Kitabxanasında “Danışan əlfəcinlər” adlı aksiya başladı. Aksiyanın keçirilməsində əsas məqsəd, mütaliəyə dəstək olmaqla uşaq və yeniyetmələrin kitaba olan marağını artırmaq, onların özlərini ifadə etmə bacarıqlarının inkişafını təmin etməkdən ibarətdir. Aksiyada iştirak edən uşaq və yeniyetmələr “Danışan əlfəcinlər” in köməyi ilə oxuduqları kitablar haqqında yaranmış təəsüratlarına əsasən həmin kitabları öz həmyaşıdlarına tövsiyyə edirlər. Qeyd edək ki, aksiya oxucuların dünyagörüşü, maraqlarının formalaşmasına müsbət təsir etməklə il boyu davam edəcək.