Aprelin 2-də, Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Beynəlxalq Uşaq Kitabı Gününə” həsr olunmuş tədbir baş tutdu və H.X.Andersenin “Qar Kraliçası” tamaşası təqdim olundu. Tamaşadan öncə, teatrın foyesində geniş həcmli kitab sərgisinin açılışı oldu. Həmçinin, tədbirdə uşaqlar tərəfindən nağıllara çəkilmiş rəsm əsərləri və əl işləri də nümayiş olundu. Kitabxananın direktoru Ş.Qəmbərova bütün tədbir iştirakçılarını salamlayaraq, onları “Beynəlxalq Uşaq Kitabı Günü” münasibəti ilə ürəkdən təbrik etdi. Qeyd etdi ki, kitablar hər birimizin həyatında xüsusilə uşaqların hərtərəfli inkişafında əhəmiyyətli rol oynayır və belə tədbirlər uşaqları, yazarları eləcədə, kitabsevərləri bir araya toplayır. Bu insanları birləşdirən, uşaqlara və uşaq ədəbiyyatına olan böyük sevgidir. Tədbirdə, Mədəniyyət Nazirliyindən, Ombutsman aparatından, Ailə, Qadın və Uşaq Problemləri Komitəsindən, uşaq yazarlarından Reyhan Yusifqızı, Sevinc Nuruqızı, Solmaz Amanova, Zahid Xəlil, Füzuli Əsgərli, Aygün Bünyadzadə, Elvira Məmmədova və.s qonaqlar iştirak edirdilər. Sonda, “Qar Kraliçası” tamaşası tədbir iştirakçılarına təqdim olundu.