Arı balası maya
Valdemar Bonzels . Arı balası maya / V. Bonzels ; rus. tərc.ed. İ. Həsənov ; red. A. Əliyeva ; rəs. Y. Xvoşevskaya. - Bakı : Altun kitab, 2018. - 128 s.
Valdemar Bonzelsə böyük şöhrət qazandıran əsəri "Arı balası Mayanın macəraları" (1912) povesti olmuşdur. Müəllif burada müxtəlif həşaratların yaşayış tərzini ustalıqla təsvir etmişdir. Əsər Maya adlı balaca bir arının başına gələnlərdən bəhs edir. Öz pətəyini tərk edən Maya ətraf aləmi öyrənməyə başlayır, yeni-yeni həşaratlarla tanış olur. O bu səyahətdə xeyirlə şərin nə demək olduğunun anlayır, düşmənlərlə mübarizədə daha da mətinləşir, həyatın mənasını dərk edir.