22 fevral 2018- ci il tarixində, F.Köçərli adına Respublika Uşaq Kitabxanasının xidmət şöbəsi 164 saylı tam orta məktəbin 3- cü sinif şagirdləri ilə Beynəlxalq Ana Dili Günü münasibəti ilə “Əsrlərin yadigarı ana dili” adlı tədbir keçirdi. Tədbir Dövlət Himninin səslənməsi ilə başladı. Aparıcı çıxışında qeyd etdi ki, dünyada məhv olmaq təhlükəsi ilə üzləşən dillərin qorunması məqsədilə YUNESKO-nun Baş Konfransı tərəfindən hər il fevralın 21-i Beynəlxalq Ana dili günü kimi qeyd olunur. Bu gün dünyada yaşayan minlərlə millət və etnik qrup sayı heç iki yüzə çatmayan dövlətlərin bayrağı altında cəmləşib. Bu ölkələrin rəsmi dövlət dillərinin sayı 70-i keçmir. Bu mənada, dilin dövlət dili statusu qazanması həqiqətən qürur gətirən tarixi hadisədir. Tədbirin keçirilməsində əsas məqsəd, ana dilinimizin gözəlliyini qorumaq, yaşatmaq və gənc nəsillərə ötürməkdir. Tədbirdə məktəblilər ana dili ilə bağlı T.Bayram, B.Vahabzadənin ana dlilimizə həsr olunan şeirlərini söylədilər, müdrik kəlamlar, səhnəciklər, milli və xarici rəqslər təqdim etdilər. Beynəlxalq Ana Dili Gününə həsr olunan “Əsrlərin yadigarı ana dili” adlı tədbirdə Bəxtiyar Vahabzadənin “Ana dilim”şeiri şairin öz səsində səsləndirildi. Tədbirin sonunda, kitabxananın direktor müavini Z.Dadaşova Beynəlxaq Ana Dili Gününün yaranmasından, ölkəmizdə ana dilimizin mərhələli inkişaf tarixindən və milli sərvətimizə dövlət qayğısından söz açdı. Tədbir iştirakçılarının hər birinə F.Köçərli adına Respublika Uşaq kitabxanasının təsis etdiyi “Göy Qurşağı” uşaq jurnalı hədiyyə edildi.