23 Aprel 2018-ci il tarixində, F.Köçərli adına Respublika Uşaq Kitabxanasının 2 saylı filialı M.Yusifov adına 265 saylı tam orta məktəbində Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə “Kitab bilik mənbəyidir” adlı dəyirmi masa keçirdi. Dəyirmi masa ətrafında 8, 9, 10-cu sinif şagirdləri toplanmışdı. Tədbirin keçirilməsində əsas məqsəd yaradıcı şəxslərə öz hörmət və ehtiramlarımızı bildirmək və mədəni ənənələrimizin qorunub saxlanmasının vacib olduğunu bir daha təsdiqləmək idi. Tədbir zamanı, müxtəlif rəngarəng fikirlər səsləndi, fəal oxucuların hər birinə söz verilərək onların müstəqil fikir yürüdülməsinə şərait yaradıldı. Bununla yanaşı, vətənpərvərlik ruhunda yazılmış əsərlərin gənclərə etdiyi müsbət təsirindən və tərbiyəvi rolundan geniş söhbət açıldı. Uşaqlar oxuduqları yerli və xarici kitablar haqqında fikir mübadiləsi apardılar. Məktəblilərin hekayələr haqqında olan fikirləri, hadisələrə özlərinəməxsus şəkildə münasibətləri hərkəsi heyrətləndirdi.