19 noyabr 2018- ci il tarixindən, F.Köçərli adına Respublika Uşaq Kitabxanasında ustad dərsinə start verildi. İlk dərs, kitabxananın Ölkəşünaslıq və milli ədəbiyyat şöbəsi tərəfindən keçirildi. Ustad dərsində, kitabxananın əməkdaşları ilə yanaşı, Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kitabxanaçılıq- İnformasiya fakültəsinin tələbələri də, iştirak edirdilər. Dərsdə, Ölkəşünaslıq və milli ədəbiyyat şöbəsinin strukturu, vəzifələri və fəaliyyət istiqaməti haqqında geniş məlumat verildi. Dərs zamanı, şöbənin son dövrdəki fəaliyyəti, uşaq ədəbiyyatı xəzinəsindən seriyası ilə nəşr olunan fundamental biblioqrafiyalar, tövsiyə göstəriciləri və elektron məlumat bazası haqqında dolğun informasiya verildi. Sonda, iştirakçılara maraqlı olan suallar mütəxəssislər tərəfindən cavablandırıldı.