Sadiq, Şəmil Kamil oğlu. Nəsrəddin Tusi / Ş. K. Sadiq ; rəs. V. Səftərov ; red. A. T. Bünyadzadə ; məsl. V. Zifəroğlu. - Bakı : Hədəf Nəşrləri, 2022. - 16 s.
Əziz ailəm və müəllimim! Biz uşaqlar çoxbilmiş oluruq. Siz elə bilirsiniz ki, biz uşağıq və dünyadan xəbərimiz yoxdur? Amma elə deyil, biz lap balacalıqdan sizlərə baxır, sizlərin əməlləri ilə böyüyürük! Sizin həyatınız bizi formalaşdırır. Onun üçün də xahiş edirik, bizi saxta dünyadan qoruyun! Bizə sevməyi, ədaləti, insanlığı, özgüvəni öyrədin. Bəli biz uşağıq, amma istəyirik ki, "Onsuz da uşaqdır, başa düşməz" - deyib keçməyəsiniz! Həm də istəyirik ki, siz bizimlə böyüklərlə danışdığınız kimi danışasınız. Çünki belə olanda biz də özümüzü böyük hiss edirik! Axı biz də ölkəmizi və dünyamızı gözəlləşdirəcək böyük adamlar olmaq istəyirik! Sadəcə, siz bizə güvənin!