24 may 2018-ci il tarixində, F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə 310 saylı məktəbin III sinif şagirdləri “Xeyir işlər görməyə çalışmalıdır insan” adlı tədbiri Ramazan ayı günləri çərçivəsində Bilgəhdə yerləşən “Qocalar və əlillər evi”-də keçirdilər. Ahıllara diqqət və qayğının artırılması məqsədi ilə keçirilən tədbirdə uşaqlar səhnəciklər göstərdi, nənə-babaya aid şeir və mahnılar ifa etdilər. Sonra birlikdə qocalar evinin sakinləri ilə rəqs etdilər, xatirə şəkili çəkdirdilər. Tədbirin sonunda qocalar evinin hər bir sakininə kitab və jurnal hədiyyə edildi. Qocalar evinin müdiriyyəti gələn qonaqlara, uşaqlar və valideynlərə bütün sakinlər adından öz təşəkkürünü bildirdi. Qeyd edək ki, tədbirə Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Əhməd Sami Elaydi də qatılmışdı.