21 fevral 2018- ci il tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanasının 1 saylı filialı Yasamal rayonundakı 176 saylı orta məktəbin 1a sinif şagirdləri ilə Beynəlxalq Ana Dili Günü münasibəti ilə “Ana Dilimiz Milli Sərvətimizdir” başlığı altında tədbir keçirdi. Tədbir Dövlət Himnimizin səslənməsi ilə başladı. Məktəbin direktoru Məhəbbət xanım tədbiri açaraq bildirdi ki , dünyada məhv olmaq təhlükəsi ilə üzləşən dillərin qorunması məqsədi ilə hər il keçirilən Beynəlxalq Ana Dili Günü hər kəsə öz doğma dilinin varlığını hiss etmək, onunla qürur duymaq, onu qorumaq, inkişaf etdirmək hüququ verir. Hər bir Azərbaycanlı öz milli mənsubiyyəti ilə qürur hissi duymalı, dilimizin, mədəniyyətimizin, tariximizin yaşanması üçün çalışmalıdır. Ana dilimiz milli sərvətimiz, qan yaddaşımızdır. Tədbirdə balacalar şeirlər söylədilər, dilimizə həsr olunmuş çarxlı video slayda baxdılar və səhnəciklər göstərdilər. Tədbirin sonunda uşaqlar foyedə hazırlanmış kitab sərgisi və rəsmlərlə tanış oldular. Məktəbin rəhbərliyinə kitabxananın təsis etdiyi “Göy Qurşağı” uşaq jurnalının yeni sayları hədiyyə edildi.