Paşayev, Qəzənfər Məhəmməd oğlu. Nəsimi : edamdan sonrakı həyat / Q. M. Paşayev ; red., ön söz R. B. Hüseynov ; rəy.: M. Nağısoylu [et al.] ; bur. məsul R. Kazımov ; dizayn. M. Əliyev ; baş red. N. M. Cabbarlı ; tex. red. S. Yusifova ; Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. - Bakı : Şərq-Qərb, 2019. - 184 s.
Altı əsrdən çoxdur ki, qismətinə bol-bol kədər və sevinc payı düşən Nəsiminin poeziyası ürəkləri fəth edir. Bununla belə, şairin həyat və yaradıcılığı ilə bağlı bir çox məqamlar, xüsusən də onun edamı və "dönüklüyü" fərziyyəsi üzərində qara pərdə mövcud idi. Son vaxtlar aparılmış tədqiqatlarda isə Nəsiminin poetik irsi və taleyi üzərinə yeni işıq salınmış, bu sahədə irəliləyişə nail olunmuşdur. Professor Qəzənfər Paşayevin bu monoqrafiyası da elm aləmi üçün yeni olan bir çox məsələdən söz açması ilə bu istiqamətdə atılan mühüm addımlardan biridir. Monoqrafiyada yer alan "Nəsimi: edamdan sonrakı həyat", "Nəsimi obrazı bədii ədəbiyyatda", "Bədii fikir tariximizdə Nəsimi zirvəsi", "Nəsimi sənətinin folklor qaynaqları və aşıq şeiri qatları", "Nəsimi irsinin tədqiqində yeni mərhələ" fəsilləri tananilə yeni elmi qənaətləri özündə ehtiva edir. Kitaba həmçinin şairin divanının heç bir nüsxəsində təsadüf edilməyən 11 və yalnız bir divan nüsxəsində rast gəlinən 63 şeiri daxil edilmişdir. İnanırıq ki, monoqrafiya oxucu və tədqiqatçılar tərəfindən maraqla qarşılanacaq.