Sentyabr ayının 30-da V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində Bərpanəşr layihəsinin təqdimat mərasimi keçirildi. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin F.Köçərli adına Respublika Uşaq Kitabxanası ilə birgə həyata keçirdiyi bu layihədə əsas məqsəd 1980-ci illərə qədər cap olunmuş və kitabxananın qızıl fondunda saxlanılan ədəbiyyatların kitab göstəriciləri olduğu kimi saxlanılmaqla yenidən nəşr olunub, bütün uşaq kitabxanalarına paylanmasıdır. Tədbiri giriş sözü ilə kitabxananın direktoru Şəhla Qəmbərova açaraq qonaqları salamladıqdan sonra bu layihənin mahiyyətindən danışdı və tədbirin meqsədi barədə ətraflı məlumat verdi. Layihənin həyata keçməsində əməyi olan hər kəsə dərin təşəkkürünü bildirdi. Sonra isə çıxış üçün söz Mədəniyyət və Turizm Nazirinin birinci müavini Vaqif Əliyevə verildi.Vaqif Əliyev öz nitqində, ümumilikdə sərginin mahiyyətindən,vacibliyindən son illər kitaba ve mütaliəyə olan marağın artmasından və nəşr olunan kitabların insanların həyatında nə kimi rol oynamağı barədə ətraflı məlumat verdi.Layihə barədə çox maraqlı fikirlər söylədi.Bu layihənin nəinki uşaqların hətta valideynlərində həyatında böyük rol oynayacağı barədə məlumat verdi.Sonra söz layihəni həyata keçırən"Renessans-A" nəşriyyatının direktoru Ələddin Əsədova verildi .Naşir həm də layihə çərçivəsində 47 kitabdan 32 kitabın artıq nəşr olunması barədə qalanlarının isə ilin sonunadək nəşr olunacaği barədə məlumat verdi. Daha sonra qonaqlarda layihə barədə öz fikirlərini söylədilər. Sonda sərgiyə baxış keçirildi.