27 oktyabr 2017-ci ildə F.Köçərli adına Respublika Uşaq Kitabxanasında Lənkəran, Şirvan, Abşeron, Ağdaş, Ağcəbədi,Ağdam, Beyləqan, Cəbrayıl rayonlarının Mərkəzləşdirilmiş Kitabxana Sisteminin uşaq şöbələrində çalışan əməkdaşların informasiya texnologiyaları üzrə biliklərini təkmilləşdirmək məqsədilə “Uşaq şöbələrində informasiya resurslarının yaradılması, təkmilləşdirilməsi və onların azyaşlı oxuculara təqdim edilməsi” adlı seminar-məşğələdə iştirak edən kitabxana mütəxəssisləri kitabxananın Yeni Günəşli qəsəbəsində yerləşən 2 saylı filialında oldular. Onlar filiallarda oxuculara xidmət işinin ən müasir metodları ilə tanış oldular. Treninq məşğələlərinin yekunu olaraq iştirakçılar tərəfindən cavablandırılan rəy sorğuları üzrə müzakirə keçirildi. Hər bir iştirakçı seminar məşğələlərinin əhəmiyyətini vurğulayaraq kitabxananın iş təcrübəsi əsasında keçirilən dərslərdən daha çox bəhrələndiklərini qeyd etdilər. Günün sonunda seminar məşğələ iştirakçılarına rəhbərlik tərəfindən sertifikatlar təqdim edildi.