21-22 noyabr 2017-ci il tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanasında, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Gənc Ana və Uşaqların Marifləndirilməsi” ictimai birliyi “İnsan alverinə qarşı mübarizə sahəsində maarifləndirmə tədbirlərinin təşkili” adlı tədbir keçirdi. Tədbirdə kitabxananın əməkdaşları iştirak edirdi. Layihə rəhbəri Tofiq Həsənov öz çıxışında belə tədbirlərin keçirilməsinin vacibliyini qeyd edərək, sözü təlimçi Hafiz Vəliyevə verdi. O, mövzu haqqında iştirakçılara geniş məlumat verərək bildirdi ki, zorakılığa məruz qalan insanların cəmiyyətdən təcrid olunması yolverilməzdir. Sonra kitabxana əməkdaşlarının mövzu ilə bağlı verilən bütün sualları təlimçi tərəfindən cavablandırıldı. Sonda tədbir iştirakçıları, təşkilatı dəstəyə və bu tədbirin keçirilməsində zəhməti olan hər kəsə öz minnətdarlıqlarını bildirdi.