• Az | Ru
    • HAQQIMIZDA
      • Tariximiz
      • Struktur
        • Rəhbərlik
        • Şöbələr
        • Filiallar
      • Məhdudiyyətli uşaqlar üçün
      • Layihələrimiz
      • İstifadə qaydaları
      • Fotoqalereya
      • Videoqalereya
      • KİV
      • Göy Qurşağı jurnalı
      • Hesabatlar
      • Arxiv
    • YENİ ƏDƏBİYYAT
      • Yeni Kitablar
        • Nəşrlərimiz
        • Bərpanəşr
      • Elektron Kitablar
        • Azərbaycan dilində
        • Digər dillərdə
        • Qızıl Fond
          • Ədəbiyyat
          • Fonoteka
    • BİBLİOQRAFİK XİDMƏT
      • Məlumat biblioqrafiya
        • Biblioqrafik yaddaş
        • Veblioqrafiya
        • Slaydlar
      • Milli ədəbiyyat
        • Tövsiyə biblioqrafiyası
      • Elmi metodika
        • Metodik vəsaitlər
        • Əlamətdar günlər
    • MULTİMEDİA
      • Virtual sərgi
      • Audio kitablar
        • Danışan kitablar
        • Nağıllar, hekayələr, şeirlər
        • Uşaqlar üçün lətifələr
        • Dərsliklər
      • Cizgi Filmləri
      • Uşaq mahnıları
    • ƏLAQƏ
    Az | Ru
      • AZ
      • RU
    logo
    Respublika Uşaq Kitabxanasında işarət dili üzrə təlim keçirilib
    12-03-2026 14:32:00

    12 mart 2026 cı ildə F.Köçərli adına Respublika Uşaq Kitabxanasının və "Səssiz Ünsiyyət-Jest Dilinin İnkişafına Dəstək" İctimai Birliyinin birgə əməkdaşlığı  çərçivəsində  “Nitq və eşitmə qabiliyyəti məhdud şəxslər üçün mütaliə və mədəniyyət platforması” adlı layihənin ilk işarət dili təlimi baş tutub.

    Təlimi tərcüməçi və təlimçilər Şamil Sabirzadə və Könül Quliyeva aparıblar. Təlim zamanı iştirakçılara işarət dilinin yaranma tarixi, inkişaf mərhələləri və cəmiyyət üçün əhəmiyyəti barədə ətraflı məlumat verilib. Təlimdə  tələbə - gənclər, eləcə də kitabxana əməkdaşları iştirak ediblər.

    Təlimçilər  bildiriblər ki, işarət dili eşitmə məhdudiyyətli insanların əsas ünsiyyət vasitələrindən biri olmaqla yanaşı, özünəməxsus qrammatikası və strukturu olan müstəqil bir dildir. Həmçinin, qeyd olunub ki, işarət dili üç əsas hissədən ibarətdir: daktil (barmaq əlifbası), mimika və dodaq oxuma. Bu elementlərin birlikdə istifadəsi ünsiyyəti daha aydın və anlaşıqlı edir.

    Təlim zamanı iştirakçılara işarət dilində bəzi əsas söz və ifadələr, gündəlik ünsiyyətdə istifadə olunan jestlər praktiki şəkildə nümayiş etdirilib. İştirakçılar təlimçilərin rəhbərliyi ilə müxtəlif söz və ifadələri işarə dili vasitəsilə ifadə etməyə çalışaraq praktiki məşğələlərdə iştirak ediblər.

    Təlimin keçirilməsində məqsəd işarət dili haqqında məlumatlılığı artırmaq, eşitmə məhdudiyyətli şəxslərlə ünsiyyət bacarıqlarını inkişaf etdirmək və cəmiyyətdə inklüziv mühitin formalaşmasına töhfə vermək olub. Təlimdə iştirak edənlərə sertifikatlar təqdim edilib.

    HAQQIMIZDA

    • Tariximiz
    • Rəhbərlik
    • Şöbələr
    • Filiallar
    • Məhdudiyyətli uşaqlar üçün
    • Layihələrimiz
    • İstifadə qaydaları
    • Fotoqalereya
    • Videoqalereya
    • KİV
    • Göy Qurşağı jurnalı
    • Hesabatlar
    • Arxiv

    YENİ ƏDƏBİYYAT

    • Nəşrlərimiz
    • Bərpanəşr
    • Ədəbiyyat
    • Fonoteka
    • Azərbaycan dilində
    • Digər dillərdə

    BİBLİOQRAFİK XİDMƏT

    • Biblioqrafik yaddaş
    • Veblioqrafiya
    • Slaydlar
    • Tövsiyə biblioqrafiyası
    • Metodik vəsaitlər
    • Əlamətdar günlər

    Ünvan:

    • Bakı şəhəri, S.Vurğun küçəsi 88
    • (+99412) 597-08-79 (+99412) 597-09-86
    • info@clb.az ushaqkitabxanasi@gmail.com childlibbaku@yahoo.com

    © 2021 All Rights Reserved. Developed By Abasoft