• Az | Ru
    • HAQQIMIZDA
      • Tariximiz
      • Struktur
        • Rəhbərlik
        • Şöbələr
        • Filiallar
      • Məhdudiyyətli uşaqlar üçün
      • Layihələrimiz
      • İstifadə qaydaları
      • Fotoqalereya
      • Videoqalereya
      • KİV
      • Göy Qurşağı jurnalı
      • Hesabatlar
      • Arxiv
    • YENİ ƏDƏBİYYAT
      • Yeni Kitablar
        • Nəşrlərimiz
        • Bərpanəşr
      • Elektron Kitablar
        • Azərbaycan dilində
        • Digər dillərdə
        • Qızıl Fond
          • Ədəbiyyat
          • Fonoteka
    • BİBLİOQRAFİK XİDMƏT
      • Məlumat biblioqrafiya
        • Biblioqrafik yaddaş
        • Veblioqrafiya
        • Slaydlar
      • Milli ədəbiyyat
        • Tövsiyə biblioqrafiyası
      • Elmi metodika
        • Metodik vəsaitlər
        • Əlamətdar günlər
    • MULTİMEDİA
      • Virtual sərgi
      • Audio kitablar
        • Danışan kitablar
        • Nağıllar, hekayələr, şeirlər
        • Uşaqlar üçün lətifələr
        • Dərsliklər
      • Cizgi Filmləri
      • Uşaq mahnıları
    • ƏLAQƏ
    Az | Ru
      • AZ
      • RU
    logo
    Zəfər Gününə həsr olunmuş silsilə kitab icmalları keçirilib
    06-11-2025 16:14:00

    31 oktyabr – 6 noyabr tarixlərində Respublika Uşaq Kitabxanasında 8 Noyabr – Zəfər Günü münasibətilə 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin (UGİM) üzvlərinin, 187 və 258 saylı tam orta məktəbin IV sinif şagirdləri  iştirakı ilə silsilə kitab icmalları təşkil olunmuşdur.

    İcmal zamanı yazıçı Sevinc Nuruqızının “Ağca və Cubbulu”, “Bayraktar”, “44 gün Qarabağda Böyük Qayıdış”, “Xarıbülbül” və “Zəfər Nəğməsi Şuşa”, “Şuşa Ensiklopediyası”, uşaq yazıçısı Solmaz Amanovanın “Şuşanın sehirli açarları”, Humayun Sevincin ”Qarabağ şahzadəsi” və “Xarı bülbül əfsanələri”adlı kitabları müzakirə edilmişdir. Şagirdlər Vətən müharibəsi dövründə baş vermiş qəhrəmanlıq hadisələri, igid əsgərlərimizin döyüş yolu və Böyük Qayıdış prosesinin əhəmiyyəti barədə geniş fikir mübadiləsi aparmışlar.

    Kitabxananın əməkdaşı “Bayraktar” kitabı haqqında çıxış edərək bildirmişdir ki, təsvir olunan döyüş səhnələri və qəhrəman obrazları Azərbaycan Ordusunun igidliyini, xalqımızın birliyini və torpaqlarımıza olan sonsuz məhəbbəti əks etdirir.

    Tədbir çərçivəsində uşaqlar üçün Zəfər Gününə həsr olunmuş video-slayd nümayiş olunmuşdur. Slayd vasitəsilə iştirakçılara Azərbaycan Ordusunun qəhrəmanlıq yolu, torpaqlarımızın azadlığı uğrunda aparılan mübarizənin tarixi əhəmiyyəti və xalqımızın qələbə sevincini əks etdirən anlar təqdim olunmuşdur. Həmçinin, uşaqların ifasında “Xudayar təsnifi” səsləndirilmiş, bu ifa tədbirə xüsusi ruh və coşqu qatmışdır

    Respublika Uşaq Kitabxanası tərəfindən təşkil olunan bu formada tədbirlər gənclərin vətənpərvərlik ruhunda formalaşmasına, milli kimliyə və mənəvi dəyərlərə hörmət hissinin aşılanmasına mühüm töhfə vermişdir. 

    Tədbirin məqsədi gənc nəslin milli-mənəvi dəyərlərə hörmət və vətənpərvərlik ruhunda tərbiyə olunması, oxu mədəniyyətinin inkişaf etdirilməsi, həmçinin Vətən müharibəsində qazanılmış tarixi Qələbənin əhəmiyyətinin iştirakçılara çatdırılması olmuşdur.

    HAQQIMIZDA

    • Tariximiz
    • Rəhbərlik
    • Şöbələr
    • Filiallar
    • Məhdudiyyətli uşaqlar üçün
    • Layihələrimiz
    • İstifadə qaydaları
    • Fotoqalereya
    • Videoqalereya
    • KİV
    • Göy Qurşağı jurnalı
    • Hesabatlar
    • Arxiv

    YENİ ƏDƏBİYYAT

    • Nəşrlərimiz
    • Bərpanəşr
    • Ədəbiyyat
    • Fonoteka
    • Azərbaycan dilində
    • Digər dillərdə

    BİBLİOQRAFİK XİDMƏT

    • Biblioqrafik yaddaş
    • Veblioqrafiya
    • Slaydlar
    • Tövsiyə biblioqrafiyası
    • Metodik vəsaitlər
    • Əlamətdar günlər

    Ünvan:

    • Bakı şəhəri, S.Vurğun küçəsi 88
    • (+99412) 597-08-79 (+99412) 597-09-86
    • info@clb.az ushaqkitabxanasi@gmail.com childlibbaku@yahoo.com

    © 2021 All Rights Reserved. Developed By Abasoft