Nefise Alçakarlar. Şip-şirin nağıllar / N. Alçakarlar ; nəşrə hazır. H. Çingizoğlu ; red., tərc.ed. İ. İlyaslı. - Bakı : Qələm Çingizoğlu MMC, 2018. - 150 s.
Xoş gördük. Mənim adım Cəmildir. Cəmiləylə əkiz bacı-qardaşıq. Biz - atam, anam, balaca bacım Xədicə və pişiyimiz Məstanla birlikdə yaşayırıq. Günlərin bir günü anam babamızın babasından qalmış sandığı açdı. Əşyaların içərisindən bir dəftəri çıxarıb bizə hədiyyə etdi. Əvvəlcə elə bildik ki, bu bir xatirə dəftəridir. Dəftəri vərəqləyəndə onun içində yazı olmadığını gördük. Fikirləşdik ki, dəftərə nə isə yazaq. Elə bu vaxt vərəqdə yazı göründü. O gündən sonra dəftərdə qarşılaşdığımız qəribə yazılar həyatımızı tamamilə dəyişdi. İndi biz sizinlə babamızdan qalan "Sehrli dəftər"in macəralarını bölüşmək istəyirik. Macəralar haqqında sizə mən və Cəmilə danışacağıq.