15 yanvar 2025-ci il tarixində 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar "Uğur" tədris mərkəzində F.Köçərli adına Respublika Uşaq Kitabxanasının 2 saylı filialı və tədris mərkəzinin birgə əməkdaşlığı ilə "Tarixin qan yaddaşı" adlı tədbir keçirilib, kitab sərgisi təşkil olunub.
Öncə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, kitabxana əməkdaşları və mərkəzin müəllimləri 20 Yanvar hadisələri haqqında məlumat verib. Sonra isə şagirdlər qanlı faciəyə həsr olunmuş şeirlər səsləndiriblər, sərgidəki kitablarla tanış olublar.
"Azərbaycan tarixinin qanlı səhifəsi olan 20 Yanvardan 35 il ötür. Bu faciə Azərbaycan xalqına edilən hərbi təcavüz idi, faciə zamanı həlak olanlar isə xalq qəhrəmanlarıdır. Müstəqil Azərbaycan dövlətinin başçısı İlham Əliyevin rəhbərliyi ilə 20 Yanvar həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması sahəsində ardıcıl işlər aparılır.
Hər bir azərbaycanlı üçün müqəddəs and yerinə çevrilmiş yer var: Şəhidlər xiyabanı! Vətən uğrunda canlarını qurban verən mərd oğul və qızlarımızın unudulmaz xatirəsi daim yad edilir, məzarları üzərinə gül dəstələri qoyulur".