"Nağıllı aləm" kitab sərgisi təşkil olunub
24-01-2025 17:51:00
24 yanvar 2025-ci il tarixində 2 nömrəli Uşaq Reabilitasiya Mərkəzində F.Köçərli adına Respublika Uşaq Kitabxanasının 2 saylı filial əməkdaşları tərəfindən "Nağıllı aləm" kitab sərgisi təşkil olunub və nağıl saatı keçirilib.
Öncə kitabxananın əməkdaşları kitabxana və onun fəaliyyəti haqqında məlumat verib, sonra Y.Kərimovanın "Mavi pişik, bulud və Cumbulu", S.Amanovanın "Şuşanın sehrli açarları", S.Nuruqızının "Ağca və Cubbulu", "Ağabəyim ağa", A.İsmayılovanın "Xarı bülbülün nağılı" və digər kitablar ilə uşaqları tanış ediblər.
Nağıl saatının keçirilməsində əsas məqsəd uşaqların kitaba olan marağını artırmaqdır.