Əplqeyt, Katerin . Tək və Yeganə Ayvan / K. Əplqeyt ; tərc.ed. F. Mahmudov ; ill. P. Kastelao. - ikinci nəşr. - Bakı : "TEAS PRESS" Nəşriyyat evi. "Üç alma uşaq ədəbiyyatı", 2020. - 183 s.
Ayvan insanlarla dil tapmağı bacaran, üzüyola qorilladır. O, əyləncə mərkəzi, 8-ci giriş, videooyunlar guşəsi adlanan ünvanda yaşayır. Şüşə divarların arxasından insanların onu izləməsinə alışıb. O, cəngəllik həyatı üçün darıxmır. Əslində, heç o barədə fikirləşmir də. Əvəzində Ayvan baxdığı televiziya verilişləri və dostları – yaşlı fil Stella, sahibsiz it Bob haqqında fikirləşir. Amma Ayvan ən çox da rəsm çəkmək, manqo meyvəsini dərmək, yarpaqların xışıltısı haqqında düşünürdü. Sonra bir gün Ayvan ailəsindən ayrı düşmüş, körpə fil Rubi ilə tanış olur. Rubi onun həyata baxışını dəyişir. Rubinin gəlişi ilə bütün dəyişikliklər başlayır. İndi hər şey Ayvandan asılıdır. O, dəyişikliklərin yaxşılığa doğru olması üçün addım atmalıdır.