3 may 2024-cü il tarixində Bakı Kitab Mərkəzində F.Köçərli adına Respublika Uşaq Kitabxanası və Səssiz Ünsiyyət-Jest Dilinin İnkişafına Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə mərkəzin uşaq guşəsində keçirilən görüşün qonağı, ictimai xadim, Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin vitse-prezidenti və “Ümidlə gəl” xeyriyyə layihəsinin rəhəri Hacı Quliyev olub. Tədbirdə sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli xüsusi internat məktəbinin və 177 nömrəli tam orta məktəbin 5-ci sinif şagirdləri və digər oxucular iştirak edib. Hacı Quliyev mərkəzə gələn şagirdlər üçün “Bizim böyük qələbəmiz” və Humayun Sevincin “Qarabağ şahzadəsi” kitabını oxuyub.
Kitablardakı mətnləri sağlamlıq imkanları məhdud uşaqlar üçün jest dilinə “Səssiz Ünsiyyət-Jest Dilinin İnkişafına Dəstək” İB-nin jest dili sədri və təlimçisi Şamil Sabirzadə tərcümə edib.
Tədbirin keçirilməsində əsas məqsəd sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə tam və səmərəli inteqrasiyasını, informasiya əldə etmək və özlərini inkişaf etdirmək imkanlarını, o cümlədən, həmin uşaqlara mədəni xidmət göstərməklə sosial reabilitasiyalarını təmin etməkdir.