Süni intellekt

Əliyev, Ayxan. Süni intellekt / A. Əliyev ; il. R. Əliyev ; redaktə A. Əliyev ; tex. redaktə R. Nəbiyev. - Bakı : MaxOffset, 2022. - 24 s.

"Gələcəyin ensiklopediyası" seriyasına daxil olan kitablarda müasir və qabaqcıl texnoloji konsepsiyalar uşaqlara çox sadə dildə izah edilir. Bu, həyatlarının sonrakı mərhələrində tez-tez rastlaşacaqları mürəkkəb məsələləri onların asan qavramasına zəmin yaradır. İlk kitabda ağıllı maşınları, telefonları, kompüter sistemlərini idarə edən süni intellektin nə demək olduğu, necə çalışdığı, insan zəkasından nə ilə fərqləndiyi və bizə nə kimi fayda verdiyi tanış misallarla izah edilir.