24 yanvar tarixində F.Köçərli adına Respublika uşaq Kitabxanasında Kaspi Liseyinin 2-ci sinif şagirdlərinin iştirakı ilə “17 yanvar - Ümumdünya Uşaq İxtiraçılar Günü” nə həsr olunmuş tədbir baş tutub. Bu tarix məşhur amerikalı siyasətçi Benjamin Franklinin doğum günü tarixi ilə eyni təyin edilib. Bu Gün gənc ixtiraçıların nailiyyətlərini qeyd etmək və daha çox uşaq və gəncləri yaradıcılığa həvəsləndirmək üçün yaradılmışdır. Gənc ixtiraçıların istedadına həsr olunmuş bu gün uşaqlara, onların fikirlərinə, yaradıcılığına daha çox diqqət ayırmağa sövq edir. Asudə vaxtlarını məktəbdən kənar təhsil müəssisələrində səmərəli keçirən uşaqlar arasında istedadlı ixtiraçı uşaqlar yetişir. Düşüncələri və xəyalları bizimlə müqayisədə qeyri-məhdud olduğu üçün uşaqlar daha asan ixtira edə bilirlər. Unutmayaq ki, istedad yetişdirilmədikdə yox olur. Uşaqlara elmə sevgi aşılamaq üçün onu erkən yaşda tanıtmaq lazımdır. Buna nail olmaq üçün elmi uşaqlara sevdirməli, ixtiranı populyarlaşdırmalıyıq.