30 aprel tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanası və 281 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə Azərbaycan şairi, yazıçı, mütəfəkkir Məhəmməd Füzulinin anadan olmasının 530 illik yubileyi münasibəti ilə tədbir keçirilib. Kitabxana əməkdaşları, müəllim, valideyn və məktəblilərin iştirak etdiyi tədbirdə şairin qəzəlləri haqqında məlumat verilib, Füzuli poeziyasının Azərbaycan dilinin inkişafındakı rolundan bəhs edilib.
Tədbirdə məktəblilər “Söhbətül əsmar” Füzulinin Azərbaycan dilində yazdığı alleqorik poeması olan “Meyvələrin Söhbəti” adlı səhnəcik hazirlayıb təqdim ediblər. Füzuli zəmanəsində "Söhbət ül-əsmar" əsərində öz münasibətini bildirmiş, yersiz qürur, öz məziyyətlərini tərifləyən meyvələrin mübahisəsini göstərmişdir. Meyvələrin xassələri və onların hər birinin insan orqanizminə təsirini gözəl bilən şairin bu əsəri zahirən uşaqlar üçün yazılmış sadə əsər kimi görünsə də öz fəlsəfi-nəsihətamiz ruhu ilə diqqəti cəlb edir.