21 fevral tarixində Binəqədi rayonu 143 saylı tam orta məktəbdə Respublika Uşaq Kitabxanasının 3 saylı filialın birgə təşkilatçılığı ilə “21 fevral Beynəlxalq Ana Dili Günü” münasibəti ilə “Dilin qüdrəti və məna çaları” adlı tədbir keçirilib. Tədbirdə kitabxana əməkdaşları, müəllim kollektivi və şagirdlər iştirak edib. Məktəbin foyesində kitab sərgisi təşkil olunub.
Tədbir şəhidlərin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. İlk olaraq məktəbin müəllimi ana dilinin varlığından, qüdrətindən və inkişafından söz açıb. Ümumlider Heydər Əliyevin dilimiz haqqında söylədiyi fikirlər videoslayd vasitəsilə nümayiş olunub. Şagirdlərin ifasında görkəmli şəxslərin ana dili haqqında kəlamları, şairlərin şeirləri səslənib. Tədbirin sonunda xatirə şəkilləri çəkilib.
Tədbirin keçirilməsində əsas məqsəd Azərbaycan dilinin tarixi inkişaf mərhələləri, rəngarəngliyi barədə şagirdlərə dolğun məlumat vermək, doğma dilimizin saflığının qorunaraq gələcək nəsillərə olduğu kimi ötürülməsinə nail olmaq, gələcəyimiz olan uşaqlara dilimizə sevgi və hörmət hissini aşılamaqdan ibarətdir.