Elçin : Biblioqrafiya

Elçin : Biblioqrafiya = Elchin : Bibliography = Эльчин : Библиография / Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Kitabxanası ; tərt.ed. M. İbrahimova ; elmi red. K. M. Tahirov ; ön söz N. Q. Cəfərov ; red. X. Abbasova. - Bakı : Azərbaycan Milli Kitabxanası, 2023. - 672 s.

Azərbaycan Milli Kitabxanasının "Azərbaycanın görkəmli şəxsiyyətləri" seriyasından hazırladığı növbəti biblioqrafiya Xalq yazıçısı, Əməkdar incəsənət xadimi, filologiya elmləri doktoru, professor dramaturq, ictimai-siyasi xadim, müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Elçin İlyas oğlu Əfəndiyevin anadan olmasının 80 illiyinə həsr edilmişdir. Azərbaycan və rus dillərində tərtib edilmiş bu vəsaitdə Elçinin həyat və fəaliyyətini əsas tarixləri, görkəmli şəxsiyyətlərinin onun haqqında fikirləri, ədibin əsərləri, həyat və yaradıcılığı haqqında zəngin materiallar toplanmışdır. Biblioqrafiyada dünyanın ən zəngin milli, dövlət və universitet kitabxanalarında mühafizə olunan nəşrləri də öz əksini tapmışdır. Kitab ədəbiyyatşünas alimlər, tədqiqatçılar, kitabxanaçı-biblioqraflar və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.