13 may 2024-cü il tarixində F. Köçərli adına Respublika Uşaq Kitabxanasında yazıçı Zahirə Cabirin Ümumilli lider Heydər Əliyevin 101 illiyinə həsr olunmuş “Böyük Azərbaycanlı” adlı kitabının təqdimat mərasimi keçirilib. Tədbirdə 7 nömrəli tam orta məktəbin 5-ci sinif şagirdləri iştirak edib.
İlk öncə keçirilən təqdimatda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Ümummilli lider Heydər Əliyev və Azərbaycanın suverenliyi uğrunda canlarını fəda etmiş igid oğulların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra şagirdlərə “Ana laylası” adlı slayd nümayiş etdirilib.
Kitabdakı hekayələr real tarixi hadisələr əsasında işıqlandırılmaqla ömrünü sevdiyi xalqına, onun müstəqilliyinə, dövlətçiliyinə həsr edən, xalqın sevgisi və məhəbbəti ilə ucalan şəxsiyyət – Heydər Əliyevə həsr olunub. “Böyük Azərbaycanlı” adlı kitabın ərsəyə gəlməsinin əsas məqsədi ulu öndərin uşaqlığını bir nümunə olaraq kiçik yaşlı oxuculara təqdim etməklə, onun milli-mənəvi dəyərlərimizin qoruyucusu kimi yüksək mənəvi keyfiyyətlərini göstərməkdir. Ulu Öndərin keçdiyi həyat yolunu, yüksək mənəvi keyfiyyətlərini boyüməkdə olan gənc nəslə təqdim etməkdir. Bu uşaqların ölkənin layiqli vətəndaşları kimi yetişməsinə zəmin yaradacaqdır.
Ümummilli lider Heydər Əliyevin şəxsiyyəti, ideyaları, ömür yolu və irsi əsasında şagirdlərin dünyagörüşü zənginləşir, vətənpərvərlik, insansevərlik hissləri artır. Onlar yaxşı nümunələrin, nəcib ideyaların əbədiyaşarlığı uğrunda mübarizəyə ruhlanırlar.