F.Köçərli adına Respublika Uşaq Kitabxanasnın Elmi-metodika şöbəsi tərəfindən 14 fevral - Beynəlxalq Kitab Bağışlama Günü münasibətilə hazırlanan “Ruhumuzun qidası kitablar ” - adlı metodik vəsait virtual rejimdə istifadəçilər üçün təqdim edilib.
Vəsaitin əvvəlində dahi şəxsiyyətlərin kitablar haqqında söylədikləri fikirlər yer alıb. Metodik vəsaitin I hissəsi kitabların qədim dövrlərdən indiki zamana qədər keçdiyi tarixi inkişaf yolundan bəhs edir. II hissədə isə metodik köməklik məqsədilə 14 fevral - Beynəlxalq Kitab Bağışlama Günü münasibətilə keçiriləcək tədbirlərin planı verilib.
Təqdim edilən vəsait yeniyetmə və gənclər, kitabxanaçılar, metodistlər, müəllimlər, ümumilikdə bütün istifadəçilər üçün nəzərdə tutulub. Vəsaitin sonunda Respublika Uşaq Kitabxanasının fondu əsasında hazırlanmış ədəbiyyat siyahısı təqdim edilir.
Metodik vəsait ilə tanış olmaq üçün qeyd olunan linkə daxil ola bilərsiniz: https://bit.ly/3xt2KfH