Ailə : Seçimdən uşaq tərbiyəsinə qədər

Hacıbəyli, Ağa. Ailə : Seçimdən uşaq tərbiyəsinə qədər / A. Hacıbəyli ; bur.məsul Ə. Aslanoğlu ; rəy. T.Ə Əhmədov ; red.: S. Ramizoğlu, D. Əliyev ; dizayn S. Şovqatova. - Bakı : Mimta Yayımları, 2024. - 200 s.

Cəmiyyətin sağlam olması üçün onu təşkil edən ailənin sağlamlığı başlıca şərtdir. Xalqın bütövlüyü ailənin daxili saflığından, möhkəmliyindən güc alır. Uğurlu evlilik nəslin davamı üçün vacibdir. Ona görə də “ailə dövlətdən müqəddəsdir” demişlər. Kitab gənclərə ailə qurmaq barədə özəl bilgilər verir. Hər səhifəsində ailə sirlərinin dərinliyi, sürprizlərin varlığı oxucunu düşündürür. Həyat yoldaşı seçimindən ailə qurmağa, ailənin müxtəlif psixoloji, mənəvi məsələlərindən övlad tərbiyəsinə qədər mühüm mövzular kitabda xronoloji ardıcıllıqla verilmişdir. Müəllif münasibət bildirdiyi məsələlərə, müxtəlif ailə problemlərinin çözüm yollarına milli-mənəvi və çağdaş dəyərlər prizmasından yanaşmışdır.