26 may tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanasının 3 saylı filialının təşkilatçılığı ilə Binəqədi rayonu H.Cəbrayılov adına 99 saylı tam orta məktəbdə Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Heydər Əliyev və müstəqil Azərbaycan” adlı tədbir keçirilib.
Tədbirdə məktəb kollektivi, Binəqədi rayonu Yeni Azərbaycan Partiyası və İcra nümayəndələri iştirak etdilər. Məktəbin foyesində Ulu Öndər H.Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən sərgi nümayiş olunub. Tədbir dövlət himninin səsləndirilməsi, Ulu Öndərin və şəhidlərin xatirəsinin 1dəqiqəlik sükutla yad edilməsilə başlayıb.
Tədbiri giriş sözü ilə məktəbin tarix müəlliməsi ümummilli lider H.Əliyevin Azərbaycanın inkişafı və milli dövlətçiliyin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq missiyasından danışıb. Tədbirdə əbədi yaşar H.Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub. Məktəblilərin ifasında ümummilli lider H.Əliyev haqqında şeirlər və mahnılar səslənib, tələbələrin ifasında muğam ifa olunub.