F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elmi-metodika şöbəsi tərəfindən “Elektron mühitdə uşaq və yeniyetmələrin mütaliəsi”- adlı metodik vəsait virtual istifadəçilər üçün təqdim edilib.
“Elektron mühitdə uşaq və yeniyetmələrin mütaliəsi”- adlı metodik vəsaitdə mütaliənin rolu, kitabxana işinin məqsədi, elektron kitabxanalarla ənənəvi, fərqli və oxşar cəhətləri haqqında fikirlər, həmçinin vəsaitin II hissəsində isə dahi şəxsiyyətlərin mütaliə və kitabxana haqqında fikirləri yer alıb.
Təqdim edilən vəsait yeniyetmə və gənclər, kitabxanaçılar, metodistlər, müəllimlər, ümumilikdə bütün istifadəçiər üçün nəzərdə tutulub. Vəsaitin sonunda Respublika Uşaq Kitabxanasının fondu əsasında hazırlanmış ədəbiyyat siyahısı təqdim edilib.
Metodik vəsait ilə tanış olmaq üçün qeyd olunan linkə daxil ola bilərsiniz: