Hər il fevralın 17-də bütün dünyada qeyd olunan Təmənnasız Xeyirxahlıq İfadəsi Günü beynəlxalq xeyriyyə təşkilatlarının təşəbbüsü ilə təsis olunub. Bu gün artıq ümumdünya əhəmiyyətli bayrama çevrilib və vətəndaşlıqdan, milliyyətdən və dini inanclardan asılı olmayaraq qeyd olunur.
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elmi – metodika şöbəsi tərəfindən fevralın 17-də dünyada qeyd olunan Təmənnasız Xeyirxahlıq İfadəsi Günü haqqında yazılmış “Dünyanı xeyirxahlıq xilas edəcək” adlı vəsait virtual rejimdə istifadəçilər üçün təqdim edilib.
“Dünyanı xeyirxahlıq xilas edəcək” - adlı metodik vəsaitin I hissəsində bu günün yaranma tarixi və görkəmli şəxslərin xeyirxahlıq haqqında fikirləri yer alıb. II hissəsində isə kitabxanalarda kitab sərgiləri, səhnəcik, biblioqrafik kitab icmalının keçirilməsi, bu günün qeyd edilməsi ilə bağlı ssenari və.s tədbirlər planı təqdim edilib.
Təqdim edilən vəsait kitabxanaçılar, metodistlər, müəllimlər, ümumilikdə bütün istifadəçilər üçün nəzərdə tutulub. Vəsaitin sonunda Respublika Uşaq Kitabxanasının fondu əsasında hazırlanmış ədəbiyyat siyahısı təqdim edilib.
Metodik vəsait ilə tanış olmaq üçün qeyd olunan linkə daxil ola bilərsiniz: http://bit.ly/3KfpiYT