• Az | Ru
    • HAQQIMIZDA
      • Tariximiz
      • Struktur
        • Rəhbərlik
        • Şöbələr
        • Filiallar
      • Məhdudiyyətli uşaqlar üçün
      • Layihələrimiz
      • İstifadə qaydaları
      • Fotoqalereya
      • Videoqalereya
      • KİV
      • Göy Qurşağı jurnalı
      • Hesabatlar
      • Arxiv
    • YENİ ƏDƏBİYYAT
      • Yeni Kitablar
        • Nəşrlərimiz
        • Bərpanəşr
      • Elektron Kitablar
        • Azərbaycan dilində
        • Digər dillərdə
        • Qızıl Fond
          • Ədəbiyyat
          • Fonoteka
    • BİBLİOQRAFİK XİDMƏT
      • Məlumat biblioqrafiya
        • Biblioqrafik yaddaş
        • Veblioqrafiya
        • Slaydlar
      • Milli ədəbiyyat
        • Tövsiyə biblioqrafiyası
      • Elmi metodika
        • Metodik vəsaitlər
        • Əlamətdar günlər
    • MULTİMEDİA
      • Virtual sərgi
      • Audio kitablar
        • Danışan kitablar
        • Nağıllar, hekayələr, şeirlər
        • Uşaqlar üçün lətifələr
        • Dərsliklər
      • Cizgi Filmləri
      • Uşaq mahnıları
    • ƏLAQƏ
    Az | Ru
      • AZ
      • RU
    logo
    Rusiya - Azərbaycan Kitabxana dialoqu
    06-12-2022 17:29:00

    6 dekabr tarixində F. Köçərli adına Respublika Uşaq Kitabxanasının əməkdaşları  Bakıdakı Rus Evində Rusiya-Azərbaycan kitabxana forumunda iştirak etdilər. Forum zamanı Rusiyanın Smolensk şəhərində “Smolensk Qalası” Dövlət muzeyi adlı sərgisinin onlayn açılışı oldu. Təşkil olunan forumda “Rusiya və Azərbaycan mədəniyyət xadimlərinin dialoqu” 30 il uğurlu əməkdaşlığı mövzusunda plenar iclas keçirildi. İclasda iştirakçılar həm onlayn, həm də ənənəvi şəkildə çıxış etdilər. İlk öncə “Smolensk Qalası” Dövlət muzeyinin direktoru cənab S.Polyak onlayn görüşdə iştirakçıları salamladı. Açılış moderator R.Axmediyevanın çıxışı ilə başladı. Forumda  Azərbaycan Respublikası Prezidentinin  İşlər İdarəsinin Prezident Kitabxanasının direktor müavini Kəmalə Sarıcalınskaya çıxış edərək, kitabxananın fəaliyyəti haqqında məlumat verdi. Sonra isə Azərbaycan Milli Kitabxanasının İnformasiya şöbəsinin sektor müdiri Pərvanə Qurbanova çıxışında  kitabxananın oxuculara xidməti, elektron resursları barədə məlumat verdi. 

    Davam edən forumda Rusiya Dövlət Kitabxanasının baş direktoru V. Duda onlayn formatda iştirak edərək forum iştirakçılarını salamladı. O, öz çıxışında Rusiya Dövlət Kitabxanası haqqında  hazırlanmış videoçarxı təqdim etdi. Ardından isə Rusya Dövlət İncəsənət Kitabxanasının direktoru A.Taqanova onlayn şəkildə çıxış edərək kitabxana haqqında ətraflı məlumat verdi. F. Köçərli adına Respublika Uşaq Kitabxanasının Kütləvi işlər şöbəsinin müdiri Leyla İbrahimova uşaq kitabxanasının fəaliyyəti və layihələri haqqında geniş məlumat verdi. O, öz çıxışında bərpa nəşr layihəsi çərçivəsində nəşr olunmuş kitabları, sağlamlıq  imkanları məhdud uşaqlar üçün hazırlanmış jest dilində  və  brayl əlifbası ilə olan kitabları nümayiş etdi. Həmçinin Leyla İbrahimova kitabxananın yeni nəşrləri haqqında  məlumat verdi. Forum iştirakçılarına “Göy Qurşağı“ jurnalını təqdim etdi.  F. Köçərli adına Respublika Uşaq Kitabxanası tərəfindən Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının Azərbaycan zalına 18 ədəd bərpa nəşr kitabları, 4 ədəd kitabxananın nəşr etdiyi “Göy Qurşağı” jurnalı və Rusiya Dövlət Korlar Kitabxanasına Brayl əlifbası ilə  kitablar hədiyyə edildi. Forumda fikir mübadiləsi aparıldıqdan sonra əməkdaşlığın davam etdirilməsinə qərar verildi.

    HAQQIMIZDA

    • Tariximiz
    • Rəhbərlik
    • Şöbələr
    • Filiallar
    • Məhdudiyyətli uşaqlar üçün
    • Layihələrimiz
    • İstifadə qaydaları
    • Fotoqalereya
    • Videoqalereya
    • KİV
    • Göy Qurşağı jurnalı
    • Hesabatlar
    • Arxiv

    YENİ ƏDƏBİYYAT

    • Nəşrlərimiz
    • Bərpanəşr
    • Ədəbiyyat
    • Fonoteka
    • Azərbaycan dilində
    • Digər dillərdə

    BİBLİOQRAFİK XİDMƏT

    • Biblioqrafik yaddaş
    • Veblioqrafiya
    • Slaydlar
    • Tövsiyə biblioqrafiyası
    • Metodik vəsaitlər
    • Əlamətdar günlər

    Ünvan:

    • Bakı şəhəri, S.Vurğun küçəsi 88
    • (+99412) 597-08-79 (+99412) 597-09-86
    • info@clb.az ushaqkitabxanasi@gmail.com childlibbaku@yahoo.com

    © 2021 All Rights Reserved. Developed By Abasoft